BAKU Azərbaycan
°C

Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkalıq hallarının artması ilə bağlı növbəti dəfə vətəndaşlara çağırış edib.

Gundem.az xəbər verir ki, çağırışda deyilir:

“Dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək “mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin” deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər.

Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər.

Bir daha qeyd edirik ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. Hansısa şübhəli əməliyyat aşkarladıqda, hətta sistemdə çətinliklər yaransa belə heç bir bank əməkdaşının sizdən məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur.

Bank əməkdaşı sizdən yalnız kartınızın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqənizin FİN kodunu istəyə bilər. Anlamalıyıq ki, bank kartınızın tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən şəxslər dələduzlardır. Onlara inanmayın, şübhələndiyiniz ilk anda zəngi sonlandırın. Gəlin, kartınızın təhlükəsizliyini birgə qoruyaq!”

 

Son xəbərlər

22 yaşlı qız Türkiyəyə qaçdı, həyatı dəyişdi - İndi pula pul demir - FOTOlar

Bu ixtisaslarda qəbul balları ARTACAQ

İran Prezidenti ürək əməliyyatı etdi - FOTO

Məleykə Abbaszadədən abituriyentlərə - XƏBƏRDARLIQ

Bu şəxslərin maaşı 40% artdı

11 ildir axtarılan narkobaron Azərbaycanda TUTULDU

Villem-Aleksandr İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Məsud Pezeşkian Prezident İlham Əliyevi təbrik edib

Bu mesajlara cavab verməyin!

Onları görənlər "əriyir" - Ən xarizmatik üç bürc

Rusiyaya kütləvi hücum: 100-dən çox PUA...

Bu şəxslər mənzillə təmin olunacaq – SİYAHI

Bu ölkə Gürcüstan rəsmiləri üçün vizasız rejimi ləğv etdi

Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - FOTOlar

Milli Məclisin iclası başladı

Bu BÜRCLƏR iyun gəlməmiş həyatını dəyişdirən təklif alacaq

Təhsil sistemində sərt qərar: Daha 3 məktəb direktoru işdən çıxarıldı

Mərkəzi Bankın rəhbərliyinin maaş ödənişləri 40% artdı

Bu rayonunun bir hissəsində qaz olmayacaq

Şəbnəm Tovuzlu Vəfa Şərifovanı hədələdi: “Əsəbimdən ağlayıram, indi gəlirəm”

Bütün xəbərlər