BAKU Azərbaycan
°C

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə növbəti zərərçəkmiş şəxslər dindirilib.

Zərərçəkmişlərdən Qəzənfər Fərəcov ifadəsində bunları deyir:

"Vilyam Hacıyevi tanımıram. İmişli şəhərində fəhlə işləyirəm"

Hakim: DOST iş mərkəzində işləmisiz? Heç müraciət etmisiniz?

Zərərçəkmiş: Xeyr

Digər zərərçəkmiş Xəyal Hacıyev isə indi fəhlə olduğunu, əvvəllər isə İmişli Şəkər Zavodunda işlədiyini bildirib:

“İndi fəhləyəm. Əvvəllər İmişli Şəkər Zavodunda işləmişəm. Vilyam Hacıyevlə heç bir əlaqəm olmayıb”. 

Hakim: Kommunal Xidmətlər Mərkəzində işləmisən? Oradan əməkhaqqı almısan?

Zərərçəkmiş: Xeyr

Maraqlısı ondadır ki, məhkəmədə ifadə verən Əhməd Həsənova da digərlərinə ünvanlanan sual verildi...

Prokuror: Hüseyn İbrahimovu tanıyırsınız? DOST iş mərkəzində işləmisiz?

Zərərçəkmiş: Xeyr

Hakim zərərçəkmişin istintaqdakı ifadəsini elan edir:

“2015-ci ildə İmişli rayon İcra Hakimiyyətinə yardım üçün müraciət etdim. Mənim qardaşım Aqil Həsənov orada işləyirdi. Dedi ki, sənə edilən yardımın yalnız bir qismini ala biləcəksən. Mən də razılaşdım.

Bir müddət sonra mənə zəng edib dedilər ki, get, bankdan pulunu çıxart. Mən gedib hesabımda olan 8000 manatı çıxardım. 

Arif Həsənov zəng edib dedi ki, həmin pulun 800 manatını özünə götür, 7200 manatı isə bizə ver. Mən də dediyini elədim.

2016-cı ildə yenidən yardım üçün pul verdilər.  Hesabımda olan 4000 manat puldan 400 manatını özümə götürüb, 3600 manatı Arif Həsənova verdim.

Daha sonra hesabıma yardım üçün köçürülən 6000 manat puldan 600 manatı özümə götürüb, yenidən 5400 manatı Arif Həsənova verdim”. 

Hakim: Belə ifadə vermisən?

Zərərçəkmiş: Mən belə ifadə verməmişəm. Narkoz almışam heçnə yadımda deyil. Pul almamışam.

Hakim: Bu sənin imzandı?

Zərərçəkmiş: Xeyr.

Vəkil vəsatət qaldıraraq həmin şahidin istintaq materialındakı ifadəsinin çıxarılmasını istəyir.

Hakim vəsatəti qəbul etmir.

Keçmiş məhkum olan zərərçəkmiş Taleh Şirəliyev ifadəsində deyir ki, mən rüşvət verməmişəm, sadəcə dövlət rüsumu ödəmişəm:

“Bələdiyyə sədri Mehman İsmayılov əmim oğludur. Mağazamla bağlı sənədlərimi o düzəldib. Onun sayəsində sərəncam verildi. Məndən rüşvət istəməyiblər. Öz xoşumla vermişəm. Sadəcə dövlət rüsumlarını ödəmişəm”. 

Prokuror istintaq materialındakı ifadəsinin elan olunmasını istəyir...

Qaranlıq qalan ifadələrə münasibət bildirən Vilyam Hacıyev etiraz edir:

“Siz məcbur deyirsiniz ki, rüşvət verib. Düz deyil axı bu”. 

Zərərçəkmişin istintaqdakı ifadəsi elan edilir:

“Mağaza tikintisi üçün İH-ə müraciət etmişdim. Amma buna baxılmırdı. Mən Mehman İsmayılova dedim, o kömək etdi. Amma mənə dedi ki, 400 manat rüsum ödəməlisən. Bu pulu ödədikdən sonra sərəncam verildi və tikinti başlanıldı”. 

Vəkil danışıqlara etiraz edərək, şahidin yerinə ifadə verildiyini deyir... 

Zərərçəkmiş: Mən deməmişəm baxılmayıb. Sadəcə vaxtı çox uzadırdılar. Xəstə adamam səbrim çatmırdı. Uzun illər məhkum olmuşam. Əsəblərim yerində deyil. Ona görə əmim oğluna tapşırdım. O da mənə rüsum ödəməyimi dedi. Bu qədər. Rüsumu da yarı-yarı ödəmişəm. 

Qeyd edək ki, müşahidələr nəticəsində məlum olur ki, zərərçəkmişlərin istintaqdakı ifadəsi ilə məhkəmədə verilən ifadələr arasında ziddiyyətli məqamlar çoxdur. Bunlardan biri də elə “DOST İş Mərkəzi” ilə bağlıdır. Artıq neçənci şahiddir ki, ondan “DOST İş Mərkəzi”ndə işləməsi ilə bağlı suallar soruşulur. 

Məhkəmənin növbəti iclası mayın 16-a təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər