BAKU Azərbaycan
°C

Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluq edən şəxs saxlanılıb.

Gundem.az Daxili İşlər Nazirliyinə istinadla bildirilr ki, zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6500 manat pulun oğurlandığını deyib.

Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb. Onun oğurluq etrdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Qeyd edək ki, Elman Hüseynzadə ifadəsində Nərimanov rayonu ilə yanaşı paytaxtın digər ərazilərində də mənzillərdən oğurluqlar etdiyini bildirib.

Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.

"Elman Hüseynzadə əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.

Son xəbərlər

Bakıda bu şəxslərin əməkhaqqı artıb

Dənizdə batmaqda olan 2 nəfər xilas edildi

Keçmiş arvadının nişanlısını döydü

Natavanla yollarını ayıran Dado oğlu Zeydlə görüşdü - VİDEO

“Lokomotiv”in yeni baş məşqçisi o oldu

"Ermənistanın “status” və Minsk qrupu məsələlərini ortaya atması..."- ŞƏRH

Rəqsanənin qızı Aysunun toyundan son görüntülər - VİDEO

Goranboyda avtomobil aşdı - Xəsarət alanlar var

Ramil Usubov TDT-nin iclasında iştirak etdi

Zelenskidən ruslarla bağlı ŞOK PLAN: "Heyrətamiz qabiliyyətlərini..."

Daşkəsəndə seldən sonra vəziyyət necədir? - FOTOLAR

Finlandiya: PKK-ya qarşı əlavə addımlar atacağıq!

Qazimizə toyunda möhtəşəm HƏDİYYƏ - VİDEO

3200-ə yaxın şəxsə elektron nəzarət vasitələri tətbiq olundu

Sərkisyanın xaç oğluna 9 il iş verdilər

Nazirlik: 2.2 milyona yaxın notariat hərəkətləri rəsmiləşdirilib

Tualet suyundan pivə HAZIRLANDI

Azərbaycanda boşanmaların sayı azaldı

Vilayət Eyvazov DYP rəisini vəzifədən AZAD ETDİ

Ərdoğan: "Sülhə yol açmaq üçün Putinlə daimi təmasdayam"

Bütün xəbərlər