BAKU Azərbaycan
°C

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Quba rayonu ərazisində qanunsuz qum-çınqıl hasilatı və Lerik rayonu ərazisində isə torpaq sahəsinin qanunsuz zəbt edilərək həmin ərazidə qanunsuz tikinti işlərin aparılması faktları ilə bağlı araşdırmalar aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla Quba rayonu ərazisində “Qudyalçay” qum-çınqıl yatağında vətəndaş Qafar Rzayevə ayrılmış ərazidə kənar şəxslər tərəfindən qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində 48 min 735 manat ziyan dəyməsi müəyyən edildiyindən, fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib. 

Bundan başqa, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyinin vəzifəli şəxsi tərəfindən qulluq mənafeyinə zidd olaraq mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin özbaşına tutulması, həmin ərazidə tikinti işlərinin aparılması faktına görə Cinayət Məcəlləsinin 188.1 və 308.1-ci maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Lerik rayon prokurorluğuna göndərilib.

Son xəbərlər

Arzusunda olduğu toy mərasimini bəysiz keçirdi - VİDEO

Bu xəstəliyə kişilərdən çox qadınlar TUTULUR - Alimlər səbəbini TAPDILAR

Zmeyni adasında rus helikopteri vuruldu

Qonşu ölkədə dollar sürətlə BAHALAŞIR

Bakıda bu şəxslərin əməkhaqqı artıb

Dənizdə batmaqda olan 2 nəfər xilas edildi

Keçmiş arvadının nişanlısını döydü

Natavanla yollarını ayıran Dado oğlu Zeydlə görüşdü - VİDEO

“Lokomotiv”in yeni baş məşqçisi o oldu

"Ermənistanın “status” və Minsk qrupu məsələlərini ortaya atması..."- ŞƏRH

Rəqsanənin qızı Aysunun toyundan son görüntülər - VİDEO

Goranboyda avtomobil aşdı - Xəsarət alanlar var

Ramil Usubov TDT-nin iclasında iştirak etdi

Zelenskidən ruslarla bağlı ŞOK PLAN: "Heyrətamiz qabiliyyətlərini..."

Daşkəsəndə seldən sonra vəziyyət necədir? - FOTOLAR

Finlandiya: PKK-ya qarşı əlavə addımlar atacağıq!

Qazimizə toyunda möhtəşəm HƏDİYYƏ - VİDEO

3200-ə yaxın şəxsə elektron nəzarət vasitələri tətbiq olundu

Sərkisyanın xaç oğluna 9 il iş verdilər

Nazirlik: 2.2 milyona yaxın notariat hərəkətləri rəsmiləşdirilib

Bütün xəbərlər