BAKU Azərbaycan
°C

Paytaxt sakinləri Lənkəranda 6 kiloqram narkotiklə tutulub.

Daxili İşlər Nazirliyininn Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Eldəniz Süleymanov və əvvəllər məhkum olunmuş Tərlan Əliyev sonuncunun idarə etdiyi avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin avtomobilə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumi çəkisi 6 kiloqramdan çox olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, onlar həmin narkotik vasitəni xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə ediblər və paytaxt ərazisində satışını təşkil etməli imişlər. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son vaxtlar əzrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat tədbirləri nəticəsində daha 11 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onların hər birindən müxtəlif çəkilərdə narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Qəzzada öldürülən jurnalistlərin sayı 141-ə ÇATIB

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Xavi “Barselona”da qalacaq

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Ağdamda iki hotel tikilir

Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Almaniya klubunun stadionunda bomba tapıldı

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Azərbaycan çempionu bəlli oldu

Dünyanın sonu - Ən inandırıcı 3 qiyamət nəzəriyyəsi

Gürcüstan müxalifəti 3 gün sonra yeni mitinq keçirəcək

Tanzaniyada 200 min insan daşqınlardan zərər çəkdi

Danimarka Ukraynaya hərbi yardımını artıracaq

Avtomobillər ucuzlaşdı - Səbəb

Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO

Cəlilabadda qəza - iki nəfər yaralandı

Bütün xəbərlər