BAKU Azərbaycan
°C

"Son iki ilə qədər ailədə vəziyyət qənaətbəxş idi. Rüfətin ailəsi mülkləri onun adına keçirməyi təkid edirdi".

Gundem.az xəbər verir ki, bunu APA TV-yə özünü binadan ataraq öldürən tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin qardaşı Elçin Vəliyev deyib.

Onun sözlərinə görə, ailə münaqişəsi Xalidənin əri tərəfindən yaxın qohumlarının təkidi, təzyiqi, hədə qorxusu, aranı qızışdırması nəticəsində Rüfət mütəmadi olaraq içib və mülklər üstündə evdə münaqişə yaradıb.“Dəfələrlə Xalidəni döyüb, müxtəlif xəsarətlər yetirib. Dəfələrlə ailə üzvlərimiz bunun şahidi olub və boşanmaları üçün xalidəni o evdən çıxartmışıq, lakin 5-7 gün ərzində Rüfət yenidən bağışlanmağını və bir daha belə etməyəcəyini söz verərək barışmağa nail olub. Son bir ildə müxtəlif dost və yoldaşlarına, hətta vəkilinə döyülməsi haqda, xəsarətlərin video və fotoşəkilini göndərib, bütün bu materiallar istintaqa təqdim olunub. Lazım gələrsə gələcəkdə bu məlumatlar mediaya da təqdim olunacaq”, - deyə Elçin Vəliyev bildirib. 
 
Onun sözlərinə görə, hadisə baş verən gün Xalidə artıq boşanmaq barədə qəti qərar qəbul edibmiş.

“Hətta hadisə günü xalidə işdən sonra vəkili ilə görüşmüş, boşanmaya dair bütün məlumatları vəkilə vermişdir. Həmin günü evə gəlib bizə zəng etməli idi ki, gəlib onu götürək, biz Xalidənin zəngini gözləyirdik. Lakin Rüfətin zəngi gəldi ki, xalidə özünü atdı. Burada böyük bir müəmma var, inşallah ki istintaqda bu məlum olacaq. Xalidə intihar edə bilməzdi, onu tanıyan hamı bu sözü deyir və həmin gün bütün ailə münaqişəsinə son qoyulacaqdı”, - deyə qardaşı vurğulayıb. 

Elçin Vəliyev deyir ki, Xalidənin bədənində 2-3-5-8 günün döyülmə xəsarətləri olub. 

“Bu o deməkdir ki Rüfət mütəmadi olaraq Xalidəni döyüb, zor tətbiq edib, davamlı olaraq ailəsinin fikri ilə Xalidəyə təzyiqlər göstərib, hətta ailəsi də birləşərək dəfələrlə Xalidəyə təzyiqlər ediblər, bu kimi təzyiqlərin bir neçəsinin canlı şahidi olmuşuq.

Əldə olunan bütün video, fotofaktlar prokurorluğa təqdim olunub. Düşünürük və inanırıq ki, qısa zamanda bütün müəmma və suallara cavab ala biləcəyik. Son olaraq bildirmək istəyirəm ki bu intihar deyil, heç kim buna inanmır, ən azı intihara sövq etmədir”, - deyə Xalidənin qardaşı qeyd edib. 

Son xəbərlər

"Son səfər strateji aspektdən olduqca vacibdir" - Deputat

Musa Qurbanlı: “İki oyundur qol vurmuram və özümə inamım azalıb”

Bəxtiyar Hacıyev Birinci vitse-prezidentdən kömək istəyib

"Türkiyə ilə əlaqələrimizin fəal dövrünü yaşayırıq" - Prezident

"Abrams"ların ilk partiyası Ukraynaya çatdırılıb

Moskva Paşinyanın bəyanatlarını bəyənmir - Zaxarova danışdı

"Ermənistanın Naxçıvana qarşı ərazi iddiaları var idi" - Dövlət başçısı

“5 gün əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi” - İlham Əliyev

Kürdəmirdə evdə PARTLAYIŞ - Ər-arvad xəsarət aldı

Azərbaycan-Türkiyə sənədləri imzalandı

Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalanıb

Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı

Blinkenin köməkçisi və USAID-in rəhbəri İrəvana gedir

Rusiyanın daxili işlər naziri İrəvanda

İlham Əliyev və Ərdoğanın təkbətək görüşü olub - YENİLƏNİB

Əşyaların çatdırılmasında dronlardan istifadə oluna bilər

Polşa Kanadanın üzr istəməsini tələb edir

Gələn ay Gürcüstan Prezidentinin impiçmenti məsələsinə baxılacaq

Oğluna cərimə yazılan qadın sürücü polisi təhqir etdi, həbs olundu

Bütün xəbərlər