Hadisə
05.08.2022 / 18:39
467
Sumqayıtda yaşlı qadın yanaraq öldü
Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.
Gundem.az xəbər verir ki, şəhərin Kimyaçılar qəsəbəsində fərdi yaşayış evinin həyətində təmizlik işləri aparan ev sahibi, 1959-cu il təvəllüdlü Xuraman İbadova tullantıları yandırmaq üçün ocaq qalayıb. O,huşunu itirərək ocağın üzərinə yıxılıb.
Yanıq xəsarəti alan qadını xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay