BAKU Azərbaycan
°C

Sabunçu rayonunda dekabr ayında keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 33 nəfər saxlanılıb, onlardan 3-ü qadındır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Maştağa qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Səlim Quliyev saxlanılıb.

Qəsəbə ərazisində yaşadığı evə baxış zamanı Səlim Quliyevə məxsus ümumi çəkisi 5 kiloqram 90 qram olan marixuana və elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində marixuananı bir müddət əvvəl xüsusi qulluq edərək əkdiyini və qurutduğunu bildirib. O, ifadəsində narkotiklərdən istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduğunu da bildirib.

Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin dekabr ayında həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik maddələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 32 nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Sonuncu əməliyyatlar zamanı saxlanılan şəxslərdən ümümilikdə 7 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib. Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər