BAKU Azərbaycan
°C

Sosial şəbəkələrdə müğənni kimi tanınan Amid Sədanın barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.  

Gundem.az bizim media-ya istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan iclasda qərar elan olunub.  

Qərara görə, Amid Sədanın barəsində olan cəzanın yüngülləşdirilməsi ilə bağlı verdiyi şikayət təmin olunmayıb.  

İttihama görə, Amid ötən il mayın 25-də sevgi münasibətində olduğu Samirəyə (ad şərti verilib - red.) məxsus çılpaq video görüntülərini onun mobil telefonundan öz mobil telefonuna göndərib. 

Qızla münasibəti pozulandan sonra Amid həmin videolarla Samirəni şantaj etməyə başlayıb.  

O Samirəyə deyib ki, onda intim görüntüləri var və həmin görüntüləri sosial şəbəkələrdə yayacaq.  

Amid həmin görüntülərin yayılmaması üçün Samirədən 2000 manat verməsini tələb edib. Amidin hədələrini real qəbul edən zərərçəkmiş qohumları və tanışlarının yanında rüsvay olmaq istəməyib. 
Bu səbəbdən yaşadığı Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində iyunun 11-də 1500 manat pul və dəyəri 700 manat olan "Samsung A7" markalı mobil telefonunu ona verib. 

İstintaq orqanı tərəfindən Amidin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib. 

İstintaq sənədlərinə görə, Amid fərdi qaydada mügənnilik edir. Sosial şəbəkədə "İnstaqram"da "amid-seda-offijial" adlı səhifəsi olub. Həmin səhifədən tanışları ilə özünə aid reklam xarekterli görüntüləri paylaşıb. 

Abşeron rayon Məhkəməsinin hökmü ilə Amid Səda 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Bir-birinizə uyğun olub-olmadığınızı yoxlamağın 3 ƏSAS YOLU

İlham Əliyevin məktubu İsveç Baş Nazirinin Ofisinə təqdim edildi

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

"Barselona"nın düşərgəsində gərginlik: Xavi məşqi ləğv etdi

Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu - VİDEO

Bakıda ev qiymətinə sini satılır - FOTO

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

Meksikada da zəlzələ oldu

İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı

Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO

Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO

Rusiyada daşqınlar: suyun səviyyəsi 10 metrə çatdı

“iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq

Qəzzada ölən uşaqların sayı açıqlandı

Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Abşeronda oğlan özünü yandırdı

May ayında pul içində üzəcək 3 bürc

Bütün xəbərlər