BAKU Azərbaycan
°C

Yasamalda bir gəncin ölümü ilə nəticələnən kütləvi davanın baş vermə səbəbi məlum olub. Qətl hadisəsi 19-21 yaşlı gənclərin olduğu sosial şəbəkədə paylaşılan erməni çaxırının şəklinə görə başlayan mübahisə sonrası törədilib.

Gundem.az xəbər verir ki, Əliyev Əli Calal oğlu Yasamal rayonu ərazisində bıçaqlanaraq qətlə yetirilib. Əlini bıçaqlayan şəxs Həsənağa Abdullayev olub. Mərhum Əli davaya dostu Alı üçün, qətli törədən Həsənağa isə dostu Elvin üçün gəlibmiş.

Bu məsələyə görə bir araya gələn gənclərin bəziləri Bakı Biznes və Kooperasiya kollecində təhsil alıb. Alı və Elvin qrupda oxuyublar.

Gənclərin votsap sosial şəbəkəsində qrupu olub. Elşad Əlibəyli adlı tələbə qrupa erməni çaxırının şəklini göndərib. Alı Nuriyev isə Elşaddan həmin çaxırı nə zaman içə biləcəklərini soruşub. Bu zaman söhbətə müdaxilə edən Elvin Şəmmədov Alıya deyib ki, qrupda qızlar olduğu üçün belə söhbətlər eləməyin yeri yoxdur. Bu söhbət böyüyüb və onlar öz votsap hesablarından yazışmağa başlayıblar.

Bundan sonra Alı Nuriyev bu söhbəti kollecdə oxuyan yaşca ondan böyük olan Faiq adlı dostuna deyib. “Ataş” olaraq çağırılan Faiq dostu Alıdan Elvinin nömrəsini alıb və söhbəti həll etməyi planlaşdırıb.

“Ataş” Elvinə zəng edərək Alı ilə aralarında olan söhbətdən xəbəri olduğunu, məsələni görüşərək həll etməyi təklif edib. Elvin isə Alının niyə zəng etmədiyini, məsələni onunla danışmaq istədiyini deyib. “Ataş” görüş üçün yer təyin edib və Elvini “Azərsu” ASC-nin "20 Yanvar"dakı binasının qarşısına çağırıb. “Ataş” görüş yerinə 6-7 nəfər dostu, məhəllə yoldaşları ilə gəlib.

Elvin isə görüşə gedən zaman dostu Həsənağaya məlumat verib. Həsənağa da Elvinlə görüşə gedəcəyini deyib.

Razılaşdırılan görüş yerinə hadisələrin baş rolunda olan Alı gəlməyib. Alı həmin gün çalışdığı “Hədəf kursları”ndakı işindən gec çıxdığı üçün söhbətə çata bilməyib.

Elvin və dostu Həsənağa görüş yerinə çatan zaman onlara “Alının məsələsinə görə gəlmisiniz” sualı verilib. Onlar da “hə” deyib.

Alının söhbətinə gələnlər araslnda mərhum Əli Əliyev də olub. Əli söhbəti kənar bir yerdə etməyi təklif edib. Gənclər kənara çəkilib və söhbət “xırdalamağa” başlayıblar. Bu zaman Əli Əliyev Həsənağaya “ə” deyə müraciət edib. Həsənağa da belə danışmamasını məsləhət görüb. Bu zaman Əli yumruq zərbəsi vuraraq Həsənağanı yerə yıxıb. Həsənağa ayağa qalxan zaman ona badalaq vuraraq yenidən yerə yıxıb və yumruqlamağa başlayıb. Bu zaman Elvin dostu Həsənağaya kömək etmək istəyəndə digər şxəslər də onu döyməyə başlayıb.

Əliyə gücü çatmayan Həsənağa cibindən çıxardığı bıçaqla Əlinin kürək və bud nahiyəsindən zərbə vurub.

Bu zaman Əli “mənə soxdu” deyərək qışqırıb. Əlinin yanında olan dostları hadisə yerindən qaçıblar. Həsənağa və Elvin Əlinin yanında qalıb. Onun ayağındakı qanaxmanı dayandırmaq üçün yarasını bağlayıblar. Daha sonra Əlinin dostlarından biri Eltac hadisə yerinə qayıdıb və maşın axtarmağa başlayıb. Əlini xəstəxanaya aparmaq üçün maşın tapılanda Həsənağa və Elvin hadisə yerindən qaçıblar.

Bir müddət sonra hər ikisi saxlanılıb. Onlar saxlanılan zaman Əlinin öldüyünü biliblər.

 Həsənağa ifadəsində deyib ki, hadisə günü təqsirləndirilən şəxs, dostu Elvinlə iş axtarırmışlar. Elvin təhsil aldığı Bakı Biznes və Kooperasiya kollecində tələbə yoldaşı Alı adlı şəxslə mübahisəsi düşdüyünü və Alının dostu “Ataş” tərəfindən məsələni araşdırmaq üçün çay içib, söhbət etməyə çağırıldığını deyib. Həsənağa da Elvinlə gələcəyini söyləyib.

“Ora çatanda Alının harada olduğunu soruşduq. Gələ bilməyəcəyini dedilər. Elvin dedi ki, Alı olmadan məsələni necə aydınlaşdıra bilərik? Əli dedi ki, Alının yaxın dostudur və söhbəti bilir. Elvinlə mübahisəni mehribanlıqla həll etmək istəyirdik. Əli mənə “ə” deyə müraciət etdi. Ona düzgün müraciət etməsini deyəndə yumruqla vurdu, üstümdə oturub vurmağa başladı. Elvin Əlini mənim üstümdən kənara itələmək istəyəndə onu vurmağa başladılar. Bizdə beşbarmaq, bıçaq və ya küt alət yox idi. Əliyə gücüm çatmadı. Həmişə üzərimdə gəzdirdiyim açılıb-qatlanan bıçağı çıxararaq yerdə uzanmış vəziyyətdə Əliyə kortəbii zərbələr endirməklə özümü müdafiə etməyə çalışdım. Əlini özümdən uzaqlaşdırmaq üçün sol budundan bir bıçaq zərbəsi vurdum. Əlinin belindən bıçaqla xəsarət yetirməmişəm.

Əli “soxdu” deyəndə dostlarının hamısı qaçdı. Əlinin bel kəmərini çıxararaq qan axan ayağını bağladıq”- deyən Həsənağa bildirib ki, Əlinin xəstəxanaya aparıldığına əmin olduqdan sonra nənəsinin evinə gediblər. Yolda da telefon nömrələrini atıblar ki, izlənməsinlər.

Baş verənlərdən peşman olduğunu deyən Həsənağa məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

Məhkəmədə ifadə verən Elvin də hadisəni eyni ilə dostu Həsənağa kimi danışıb. O əlavə edib ki, Alının onunla dalaşacağından ehtiyat etdiyi üçün görüşə Həsənağa ilə getmək istəyib.

Onun sözlərinə görə, Həsənağa mərhum Əlini tanımayıb və onu öldürmək fikri olmayıb. O, Həsənağanın Əlini bıçaqla vurduğunu görmədiyini deyib. Şahid söyləyib ki, hava qaranlıq olduğu üçün onu vuran şəxslərin üzünü də xatırlamır.

Elvin də Həsənağa kimi deyir ki, hadisə vaxtı soyuq silah hesab edilən beşbarmaqdan istifadə etməyiblər. Amma davanın digər iştirakçı olan tərəf isə deyir ki, Elvingilin əlində beşbarmaq da olub.

Həsənağa Abdullayev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə), 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə təqsirli bilinirdi. Məhkəmə onun xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməsi ittihamının sübuta yetirilmədiyi qənaətinə gəlib. Onun əməli daha yüngül maddəyə- qəsdən adam öldürməyə tövsif edilib və 14 il cəza təyin edilib. Xuliqanlıq maddəsi ilə isə 2 il cəza verilib. Cəzaları toplanaraq qəti olaraq 16 il müddətinə azadlıqdan məhrum edilib.

Elvin Şəmmədov isə yalnız CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Musavat.com

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər