BAKU Azərbaycan
°C

Gəncə şəhərində xəstə yaxınları xəstə baxıcısını (kiçik tibb bacısı) döyərək ona xəsarət yetiriblər.

Gundem.az report-a istinadən xəbər verir ki, hadisə Gəncə Şəhər Abbas Səhhət adına 1 Saylı xəstəxanada qeydə alınıb.

Sözü gedən xəstəxanada xəstə baxıcısı kimi çalışan 1991-ci il təvəllüdlü Tamara Əliyeva xəstə yaxınları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Belə ki, xəstəxanada müalicə alan xəstələrin birinin vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib. Bu zaman xəstə yaxınları həmin şöbəyə daxil olmağa çalışıblar. Lakin xəstəxana çalışanları onlara kənar şəxslərin reanimasiya şöbəsinə daxil olmağa icazə verilmədiyini və oranı tərk etmələrini deyiblər.

Zərərçəkənin yaxınlarının bildirdiyinə görə, buna baxmayaraq həmin şəxslər şöbədən çıxmaq istəməyib, orada gözləyəcəklərini deyib.

Bunu görən, T.Əliyeva mühafizəni çağırmaq üçün liftə daxil olub. Həmin vaxt xəstə yaxınları olan iki qadın və bir kişi onunla birgə liftə daxil olublar və liftdə onu döyərək xəsarətlər yetiriblər.

Hazırda müxtəlif bədən xəsarətləri alan T.Əliyeva çalışdığı xəstəxanada müalicə alır.

Məsələ ilə bağlı polisə şikayət olunub və Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Laçında tibbi xidmət yenidən təşkil ediləcək

Koronavirus hesabatı

Rusiya səfiri Danimarka XİN-ə çağırıldı

"Həyatın ən gözəl sevgisi və sonsuz xoşbəxtliyi..." - Gülay Zeynallı

İran Türkiyəyə təbii qaz nəqlini dayandırır

Zelenski anons verdi: “Rusiyanın minlərlə vətəndaşına şamil olunacaq”

Aynişan Quliyeva Rəhimdən yazdı: "Palatalarımız yan-yana idi..." - FOTO

22 yaşlı qız bulvarda intihar etdi

“Qvardiola tarixin ən güclü məşqçisidir” – Holand  

Sürücülərin nəzərinə: Bu gündən yeni qiymətlər olacaq

Bağdadda 4 mərtəbəli bina çökdü: Ölənlər var

Minaya düşəN şəxslərin son durumu AÇIQLANIB

KOBİA ötən ili 8 milyon manat mənfəətlə başa vurub

Azərbaycanlı iş adamının müğənni oğlu evlənib? - AÇIQLAMA

Azərbaycan Prezidenti Rumıniyaya səfərə dəvət edildi

Azadə Balayeva vəzifəsindən azad edildi

"Siti"nin müdafiəçisi zədələndi

Tərtərdə iki nəfər minaya düşdü - RƏSMİ

Bakı bulvarında bir gündə iki hadisə - Gənc qız öldü

Azərbaycan nefti ucuzlaşıb

Bütün xəbərlər