22.09.2022 / 17:07
351
Qazaxda iki uşağı ildırım vurdu - Biri öldü
Qazaxda iki uşağı ildırım vurub.
Gundem.az apa-ya istinadən xəbər verir ki, bu gün ildırım vurması nəticəsində Qazax Müalicə Diaqnostika Mərkəzinə iki nəfər yerləşdirilib.
“2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən - 2012-ci il təvəllüdlü pasiyentin reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”, - qeyd olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay