Hadisə
30.09.2022 / 16:54
384
Bakıda əcnəbi musiqiçinin alətləri oğurlandı
Bakıda pakistanlı musiqiçinin texniki avadanlıqları oğurlanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uzun müddətdir Bakıda yaşayan Pakistan vətəndaşı, 1957-ci il təvəllüdlü Uddin Asfer Saeed polisə müraciət edərək Azad adlı şəxsin onun musiqi alətlərini oğurladığını bildirib. O qeyd edib ki, həmin şəxs alətləri Səbail rayonu ərazisində götürüb. Şikayətçi alətlərin dəyərinin 5500 manata bərabər olduğunu qeyd edib.
Faktla bağlı Səbail RPİ-nin 9-cu Polis Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, uzun müddətdir Bakıda yaşayan pakistanlı musiqiçi burada fəaliyyətini davam etdirir. O, ölkədə həyata keçirilən bir sıra musiqi layihələrinin də müəllifi olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay