BAKU Azərbaycan
°C

Qəbələdə polis əməkdaşlarına qarşı zor tətbiq edilib.

Gundem.az xəbər verir ki, Unikal.org-ın əldə etdiyi məlumata görə, hadisə bir müddət əvvəl rayonun Böyük Pirəli kəndində yerləşən mağazaların birinin qarşısında baş verib. Həmin mağazadan çıxan Aydınqışlaq kənd sakini Dursun Əliyev (soyadlar şərtidir) ərazidə xidmət aparan Qəbələ Rayon Polis Şöbəsinin müstəntiqi, polis baş leytenantı İlkin Məmmədovla mübahisə edib. D.Əliyev polis zabitinin ona və fiziki məhdudiyyətli övladlarına baxaraq güldüyünü əsas gətirib və DİN əməkdaşını söyüb. 

Polis əməkdaşı isə ona öz iradını bildirib və ictimai yerdə nizam-intizama əməl etməyə çağırıb. Buna baxmayaraq D.Əliyev polis baş leytenantının bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirib. Daha sonra o, «VAZ-21099» markalı avtomobilinə əyləşib və nəqliyyat vasitəsini qəsdən polis əməkdaşının və onun «Mercedes-Benz» markalı maşınının üzərinə sürüb. O, polis zabitinə daha ağır xəsarət yetirmək istəyib.

Hadisə yerinə Qəbələ RPŞ-nin polis nəfəri, polis kiçik serjantı Elmin Quliyev gəlib. Dursun Əliyev həmin polis əməkdaşına mətbəx bıçağı ilə xəsarət yetirib. 

Xuliqanlıq əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və Qəbələ RPŞ-nə gətirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. 

İşə Qəbələ Rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər