Hadisə
20.12.2021 / 14:20
1051
Əməkdar artist vəfat etdi
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, aktyor Vüsal Rzayev (Səmavi) vəfat edib.
Gundem.az xəbər verir ki, 2 gün əvvəl dünyasının dəyişən sənətçinin ölüm səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Vüsal Rzayev 1968-ci ildə fevralın 2-də Naxçıvanda anadan olub.
1999-cu ildən aktyor kimi fəaliyyət göstərən Vüsal Rzayev Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalarda rol alıb.
O, həmçinin, C. Məmmədquluzadənin hekayələri və “Ər” pyesi əsasında hazırlanan “Pirverdinin xoruzu” , “Göz ağrısı” və “Eşq bəlası” bədii televiziya filmlərinin ssenari müəllifi və quruluşçu rejissoru olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay