BAKU Azərbaycan
°C

İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın ölümü ilə bağlı iş yenidən araşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Samir Zeynalov məlumat yayıb. O bildirib ki, S.Zeynalovanın intihar etməsi ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi ilə bağlı qərar ləğv edilib. Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılan iş yenidən icraata götürülüb və Sabirabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Məlumatla əlaqədar Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə cavab olaraq xəbər təsdiq edilib: “Hazırda Sabirabad Rayon Prokurorluğunda qeyd olunan cinayət işi üzrə istintaq davam etdirilir”.

Qeyd edək ki, Səmayə Zeynalovanın ailəsi onun intihar etmədiyini bildirərək öldürüldüyünü iddia edir. Onlar bildiriblər ki, 20 yaşlı Səmayə normal əhval-ruhiyyədə olub, hadisədən bir neçə gün əvvəl övladının doğum günün təmtəraqlı şəkildə qeyd edib. Həmçinin mərhumun ailəsi onun özünü asdığı bildirilən nar ağacının budağının həddindən artıq kövrək və elastik olmasını, 1 metr 72 sm boylu şəxsi saxlamaq gücündə olmadığını bildiriblər. İddialara görə, Səmayə Zeynalovanı ölüm həddinə həyat yoldaşının ailəsi çatdırıb. Onlar mərhumun qayınatası Əlişirin Zeynalovun Səmayənin ölümündə əsas iştirakçı olduğunu iddia ediblər.

Xatırladaq ki, Səmayə Zeynalova 2021-ci ilin 24 aprel tarixində Sabirabad rayonu Cavad kəndində vəfat edib.

Son xəbərlər

Ermənistan-Gürcüstan yolu açıldı, 1-ci gün...

Paytaxtdakı hoteldə YANĞIN OLUB

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Türkiyə ordusu Suriya və İraqda terrorçuları məhv etdi

Firuzə İbadova: “Cavanşirin ürəyində dörd "stendi" var idi” - VİDEO 

Premyer Liqa: "Qarabağ" "Qəbələ" ilə heç-heçə etdi

Bakıda taxta bazarı yanır, əraziyə 15-ə yaxın texnika gətirilib - YENİLƏNİB

Azərbaycan və Pakistan iki saziş hazırlayır

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Ceyranbatan su kanalında 1 nəfər batdı

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Beynəlxalq Çin Dili Günüdür

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Bütün xəbərlər