BAKU Azərbaycan
°C

Tanınmış gənc müğənni Ülviyə Sədaqət uzun illərdən sonra ATV telekanalında Nanə Ağamalıyevanın verlişinin qonağı olub.

Gundem.az xəbər verir ki, xanım müğənni uzun illər efirlərdən uzaq düşməsinin acı səbəbini açıqlayıb.

Bir zamanlar perespektiv vəd edən səs sahibi kimi göstərilən Ülviyə uzun zamandır efirdə olmamasının səbəbi barədə danışarkən məlum olub ki, müğənni 13 il əvvəl ağır qəzada anasını itirib:

"Bu hadisə 2010-cu ildə baş verib. Anamı bütün sənət adamları, bütün televiziya işçiləri tanıyırdı. Çünki hər yerə anamla gedirdim. Televiziya Muğam Müsabiqəsində də o insanın mənə görə necə təlaş, həyəcan içərisində olduğunu hər kəs bilirdi. Bu hadisə də hamıya təsir etdi.

Həmin gün bir toy şənliyinə qatılmışdım, oradan geri dönərkən avtomobil qəzasında anam dünyasın dəyişdi. Özüm də 14 gün komada qaldım. Sükan arxasında da mən özüm idim. Qəza Qala yolunda "4 yol" deyilən ərazidə baş verdi. Mən 90 sürətlə gəlirdim, 200 sürətlə də digər avtomobil gəlirdi və qarşı yoldan bizim üstümüzə gəldi. 

Qabaqda mənim yanımda qonşumuz əyləşmişdi, anam mən tərəfdən arxada əyləşmişdi. İnanırsınız ki, o hadisəni mən xatırlamıram. Qarşı avtomobilin sürücüsü içkili vəziyyətdə olub. Hadisədən sonra məni aparmışdılar Sabunçu xəstəxanasına (3 saylı xəstəxana), orada demişdilər ki, heçnəyi yoxdur. Amma kapilyarlar hamısı partlamışdı (daxili qanaxma), beynimə zəhərlənmə vermişdi. O vəziyyətdə anamı dəfn etmişəm. Dəfn edəndə də elə yerə yıxılmışam. Onunla da artıq heçnə xatırlamıram. Aparıblar "Semaşko"ya (1 saylı şəhər klinikası), əməliyyat olundum, 14 gün komada qaldım. 

Həkim atamı çağırıb demişdi ki, "Ümid yoxdur sağ qalmağına, biz əlimizdən gələni etmişik, ümid sadəcə qalıb Allaha". Mən ikinci dəfədir həyata dönmüşəm.

Bizi vuran avtomobildəki şəxslərdə, mənim idarə etdiyim maşındakı şəxslər də anam qarışıq dünyasını dəyişdi. 6 nəfərin içində birdənə sağ qalan mən oldum. Buna görə mən sənətdən də uzaqlaşdım". (milli.az)

 

Son xəbərlər

Cavanşir Məmmədov VƏFAT ETDİ

Azərbaycanın Əməkdar artisti VƏFAT ETDİ - FOTO

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

Kişi tanış olduğu 50 qadını məhkəməyə verir – SƏBƏB

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir

Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı

Vladimir Kazimirov vəfat etdi

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı

Şəmkirdə 27 yaşlı kişi BIÇAQLANDI

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Döş xərçəngindən qorunmağın 5 YOLU

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

İstanbulda sürüşmə olub, 70 nəfər təxliyə edilib

Bütün xəbərlər