BAKU Azərbaycan
°C

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Gundem.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun vətəndaşlardan külli miqdarda rüşvət alması faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

İbtidai istintaqla Əli Həsənovun 2022-2023-cü illər ərzində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi, buna şərait yaradılması, həmçinin sözügedən torpaq sahələrinə müxtəlif sənədlərin verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 42 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Əli Həsənova Cinayət Məcəlləsinin 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Uşaq Birliyinin rəhbərinin iddialarına RƏSMİ CAVAB

Prezident fərman İMZALADI

Ərzaq məhsulları yenidən bahalaşır – RƏQƏMLƏR

Ərdoğan: "Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib"

Putindən ölkəsi ilə bağlı TƏKLİF: “2030-cu ilə qədər...” 

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə İŞTİRAK EDƏCƏKLƏR

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - XƏSARƏT ALANLAR VAR

Bu xanım Türkmənistana səfir təyin TƏYİN EDİLDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”

Bütün xəbərlər