BAKU Azərbaycan
°C

Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib.

Gundem.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Qeyd edilib ki, hadisə iyunun 4-ü, saat 18 radələrində Abşeron rayon Qobu qəsəbəsində baş verib. Belə ki, qara rəngli “Honda” markalı avtomobilin sürücüsü maşını arxaya hərəkət etdirərkən küçədə oynayan 3 yaşlı Rəhimov Aqil Murad oğlunun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib.

Azyaşlının ailəsindən bildirilib ki, hadisəni törədən sürücü həmin ərazidə yaşayır, qonşudur. Ailə üzvləri onu da qeyd ediblər ki, polis hadisəni törədən sürücünü saxlasa da, izahatını aldıqdan sonra sərbəst buraxıb.    

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, Q.Mahmudovun idarə etdiyi “Honda” markalı 90-CZ-552 dövlət nömrə nişanlı avtomobil arxaya doğru hərəkət edərkən 3 yaşlı uşağın ölümünə səbəb olub. 

Sürücü ilə bağlı hansı tədbirin görülməsinə gəlincə, R.Tağıyev bildirib ki, bu, istintaqa aid məqamdır və yol polisinin səlahiyyətində deyil. Şöbə rəisi sürücülərə və valideynlərə müraciət edib:

“Sürücülərdən bir daha xahiş edirik ki, məhəllələrarası yollarda təhlükəsizliyə tam əmin olduqdan sonra hərəkət etsinlər.

Valideynlərdən azyaşlı uşaqları nəzarətsiz buraxmamağı xahiş edirik”. 

 

Son xəbərlər

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Uşaq Birliyinin rəhbərinin iddialarına RƏSMİ CAVAB

Prezident fərman İMZALADI

Ərzaq məhsulları yenidən bahalaşır – RƏQƏMLƏR

Ərdoğan: "Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib"

Putindən ölkəsi ilə bağlı TƏKLİF: “2030-cu ilə qədər...” 

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə İŞTİRAK EDƏCƏKLƏR

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - XƏSARƏT ALANLAR VAR

Bu xanım Türkmənistana səfir təyin TƏYİN EDİLDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”

Bütün xəbərlər