Saxta COVİD pasportu alan daha bir tibb işçisinə cinayət işi açıldı
“Qobustan rayon mərkəzi xəstəxanası” PHŞ-nin Çalov kənd tibb məntəqəsində bəzi şəxslərə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.
Qobustan rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla qeyd edilən tibb məntəqəsində tibb qardaşı işləyən Valeh Əhmədov tərəfindən Çalov kəndində yaşayan bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlərin edilməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Qobustan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay