
Hadisə
17.11.2023 / 13:27
177
Yaşlı qadın köməksiz vəziyyətdə qaldı - VİDEO
Bakının Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Gundem.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat daxil olub.
Bildirilib ki, nazirliyə daxil olan məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Xüsusi alpinist ləvazimatlarından istifadə edərək doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə daxil olan xilasedicilər tərəfindən yaşlı qadına müvafiq köməklik göstərilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay