BAKU Azərbaycan
°C

Müğənni Elçin Kişiyevə qarşı (Elçin Zəka) quldurluq etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Gundem.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən Rəhimə və Hökumə Əşrəfzadə bacılarına ittiham aktı verilməyib.

Bu səbəbdən proses noyabrın 24-nə təxirə salınıb.

Qeyd edək ki, hadisə bu ilin iyununda paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, təqsirləndirilən şəxslər qisas məqsədilə Elçin Zəka ləqəbli toy müğənnisinin evinə basqın ediblər. Zərərçəkmiş şəxsə qarşı quldurluq edilib və daha sonra döyülüb.

Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, Z.Yusifov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2 maddələri ilə ittiham irəli sürülüb.(Report.az)

 

Son xəbərlər

Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası verilib - YENİLƏNİB-8

"Balaəlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir" - Vüqar Əbdülov

Yağış, qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: "Bu ərazilərdə daha da aktivləşəcək"

Rusiyada prezident seçkilərinin vaxtı AÇIQLANDI

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Şuşada mina partlayıb, xəsarət alan var

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAM

Xəstəxanalar gücləndirilmiş iş rejiminə keçdi - RƏSMİ

“Bakı Metropoliteni” zəlzələ ilə bağlı AÇIQLAMA YAYDI 

BŞTİ: "Zəlzələyə görə bəzi valideynlər övladlarını məktəbdən götürüb, tədris davam edir"

Bakıda güclü zəlzələ oldu

Qurban Yetirmişlidən SON DƏQİQƏ AÇIQLAMASI: “Güclü zəlzələ..." - VİDEO

Məşhur rəssam faciəvi şəkildə vəfat etdi - FOTO

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

Bu ölkə Rusiyaya 45 yeni sanksiya tətbiq etdi

Qəzzada HƏMAS liderinin evi mühasirəyə alındı

Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq

Qidanı xərçəngə çevirən əsas səhv açıqlandı

Yeni il turları: qiymətlər neçəyədir? - SİYAHI

Bütün xəbərlər