BAKU Azərbaycan
°C

Tovuzun Aşağı Öysüzlü kəndində 25 yaşlı gənc qətlə yetirilərək meyiti yandırılıb.

Gundem.az bildirir ki,bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Noyabrın 18-i gecə saatlarında kənddə yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisə yerinə gələrək, müvafiq tədbirlər həyata keçirib. Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış meyiti aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini, 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus olması müəyyən edilib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N.Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək, daha sonra izləri itirmək məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini, 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Report-un əldə etdiyi məlumata görə, dünən axşam saatlarında Tovuz rayonu Aşağı Öysüzlü kəndində, "Ağ dağ" deyilən ərazidə yerləşən fermaların birində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nicat Habil oğlu Məmmədov ferma sahibinin oğlu olub.

Hadisəni törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Eldar İbrahimov isə orada çobanlıqla məşğul olub.

Hadisəni Nicat Məmmədovun olduğu otaqda baş verdiyi bildirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs daha sonra fermanı yandırıb.

Qeyd edək ki, mərhumun atası qəssablıq və heyvandarlıqla məşğuldur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Azərbaycanda ZƏLZƏLƏ oldu

Azərbaycan və Əlcəzair arasında siyasi məsləhətləşmələr

“Nikosayağı” bəraət ala bilər? Hüquqşünas RƏYİ /VİDEO

Bu ərazilərdə su OLMAYACAQ

Azərbaycan futbolunda qorxulu anlar, oyunçunun ayağı qırıldı - VİDEO

Axtarışda olan Həsənov Bakıya gətirildi

Qəpikləri dəyərindən baha satanlar KİMLƏRDİR...

İsrail ordusu 2 fələstinli komandiri ÖLDÜRÜB

Balakəndə ağır qəza - Ölənlər və yaralananlar var

Naxçıvanda son bir ayda 170 nəfər saxlanıldı

Bakıda dəm qazının miqdarı normanı ötdü

Səfirlikdən azərbaycanlı diplomatlara qarşı dələduzluq xəbəri ilə bağlı AÇIQLAMA

Türkiyədə gözlənilən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ

İşçisinin hüququnu pozan şəxs 20 min manat cərimə ödədi

Mənzilin sahəsi az, ödənişi çox - MTK-ların fırıldağı

Yeni qərar qəbul edildi: Varlılar daha çox vergi ödəyəcəklər

Bu gün Bakı metrosunda ölən şəxs məşhur müğənninin ATASIDIR - FOTO

Prezident DTX-nin bu əməkdaşlarını TƏLTİF ETDİ - ADLAR

İlham Əliyev ona VƏZİFƏ VERDİ SƏRƏNCAM

Xankəndidəki Qarabağ Universitetinin GÖRÜNTÜLƏRİ - VİDEO

Bütün xəbərlər