
Hadisə
20.11.2023 / 11:01
87
Metrodan sərnişinlər düşürüldü
"Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatar "Xalqlar dostluğu" stansiyasında ikən qapılardan biri ilə bağlı problem yaranıb.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən Gundem.az-a bildirilib ki, operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib.
Təhlükəsizlik tələbinə uyğun sərnişinlər düşürülməklə, qatarın xətdən çıxarılması qərara alınıb.
Nəticədə 4 dəqiqəlik yubanma yaranıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay