BAKU Azərbaycan
°C

Bakıda əlil övladı ilə birgə dilənçilik edən qadına qarşı quldurluq cinayəti baş verib.

Gundem.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə bir müddət əvvəl Nəsimi rayonu “Kubinka” adlanan ərazidə qeydə alınıb. Orada kirayədə yaşayan Yevlax rayon sakini Səliqə Bayramovanın (soyadlar şərtidir) evinə gecə saat 02 radələrində hamamın nəfəsliyindən daxil olan Ruslan adlı şəxs çarpayıda yatan qadına hücum edib. O, qadını öldürəcəyi ilə hədələyərək 150 manatını alıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətmiş 2000-ci il təvəllüdlü Ruslan Xasıyev tutulub. Məlum olub ki, Ruslan da Yevlax sakinidir və Bakıda dilənçiliklə məşğuldur. O, həmkarı Səliqənin üzərində pul olduğunu bilib və gecə qadının əlil övladı ilə birgə yaşadığı mənzilə daxil olaraq pulları ələ keçirməyə qərar verib.

Nəsimi RPİ-nin keçirdiyi əməliyyatla Ruslan Xasıyev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (Quldurluq) maddəsi ilə iş açılıb. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin 15 noyabr 2023-cü il tarixli hökmü ilə dilənçi qadına qarşı quldurluq etmiş şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər