BAKU Azərbaycan
°C

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Koroğlu” stansiyası istiqamətində hərəkət edən qatarında müəllimi döyən sərnişinə hökm oxunub.

Gundem.az xəbər verir ki, dava yaşlı iki qadına yer verməmək üstündə baş verib.

Belə ki, Adil (ad şərti) adlı müəllim saat 17:30-da metronun “Nəriman Nərimanov” stansiyasında qatara minib, həmin vaxt tanımadığı oğlan və qızın vaqonda qucaqlaşıb oturduğunu görüb. “Ulduz” stansiyasında qatara əllərində sellofan paket olan iki yaşlı qadın daxil olub. Qadınların əllərində yük olduğu üçün onlar əyləşmək istəyiblər və müəllim sözügedən gənclərin birinə yaxınlaşaraq, qadınlara yer verməsini istəyib. Gənclərdən biri isə ona kobud cavab verib.

Bu zaman Adil “tərbiyəsizə baxın, yer vermir, anası buna tərbiyə verməyib”, deyib. Bu sözdən xoşu gəlməyən 2004-cü ildə Bakı şəhərində anadan olmuş Vüsal (ad şərti) yerindən qalxaraq onunla danışmaq istəyib. Müəllim isə əli ilə onun sinə nahiyəsindən vuraraq, geri itələyib. Bundan sonra Vüsal yumruqla həmin şəxsin sifət və boyun, təpiklə qarın nahiyəsinə vurub.

Sərnişinlər onları ayıraraq, sakitləşdiriblər. Qatar stansiyada saxladıqdan sonra polis əməkdaşları hadisə eyrinə gəlib, onları aparıblar. Vüsal barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəminin hökmü ilə Vüsala 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. ("Qaynarinfo")

Son xəbərlər

"Qarabağ" -"Bayer" matçını bu hakimlər İDARƏ EDƏCƏK

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına SƏFƏR ETDİ

"Səlahiyyətli qurumlar məsələyə daha həssas yanaşmalıdırlar" - Səbinə Əliyeva

Sabah hava necə olacaq? - PROQNOZ

Magistratura imtahanında YENİLİK - RƏSMİ

Bu xəstəlik qaraciyər çatışmazlığına SƏBƏB OLUR – "6 ay nəzarət..."

Hatay yenidən SİLKƏLƏNDİ - Dağıntı və tələfat...

İtlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI

Birbank Biznes-dən qadın sahibkarlara özəl 8 Mart hədiyyəsi

Milli Məclisin iclası BAŞLADI - Ombudsmanın məruzəsi müzakirə olunur

Qonşu ölkədə zəlzələ oldu - Dağıntılar və tələfat...

Bu yaz hansı dəri gödəkçələr trend olacaq? - FOTOLAR

Bu gün Novruzun ikinci çərşənbəsidir

Milli Məclisin iclası BAŞLADI - Ombudsmanın məruzəsi müzakirə olunur

Ağır qəzada ölən Cavid VƏZİFƏLİ ŞƏXSİN OĞLUDUR

Qonşu ölkədə zəlzələ oldu - Dağıntılar və tələfat...

Bu gün temperatur iqlim normasından YÜKSƏKDİR

Mirkamil illər sonra ÜZƏ ÇIXDI - VİDEO

Nikol Paşinyan Misirə rəsmi SƏFƏRƏ GETDİ

FHN bu səbəbdən əhaliyə MÜRACİƏT ETDİ

Bütün xəbərlər