
23.02.2024 / 23:13
368
Xaçmazda avtomobil 40 yaşlı piyadanı vuraraq ÖLDÜRDÜ
Xaçmaz şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə şəhərin mərkəzində "Nabran market"in qarşısında qeydə alınıb.
Belə ki, "Mercedes-Sprinter" markalı minik avtomobili yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Həsənov Kamran Pənah oğlunu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay