Hadisə
11.04.2024 / 10:00
857
Polisdən vətəndaşlara MÜHÜM XƏBƏRDARLIQ: "Bu əməllərdən..."
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən iki nəfər saxlanılıb.
Bu barədə Gundem.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə 1998-ci il təvəllüdlü, “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbli Rövşən Süleymanov saxlanılıblar.
Qurumun məlumatına görə, müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib: “R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək”.
DİN həmçinin, vətəndaşlara da müraciət edib:
“Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay