Hadisə
11.04.2024 / 23:35
239
Salyanda avtomobil piyadanı vuraraq öldürdü
Salyanda avtomobil piyadanı vuraraq öldürüb.
Gundem.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.
Yolu keçən Qarabağlı kənd sakini, 1993-cü il təvəllüdlü Qurbanov Cavad Mehdi oğlunu avtomobil vurub.
Piyada yaralı vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılarkən aldığı xəsarətlərdən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay