BAKU Azərbaycan
°C

Bakıda maraqlı oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Gundem.az-a verilən məlumata görə,  Binəqədi rayonunda yerləşən evlərdən birindən oğurluq edilib.  Zərərçəkən polisə müraciət edərək evdə olmadığı müddətdə mənzildən ümumi dəyəri 54 min manat olan qızıl-zinət, qol saatları və digər qiymətli əşyaların oğurlandığını bildirib.

İşin maraqlı tərəfi isə sözügedən şəxsin istifadə etdiyi metoddur. Belə ki, o, oğurluq zamanı ətrafda olan müşahidə kameralarından yayınmaq və “izi” itirmək məqsədilə özü ilə həmin ünvana gətirdiyi çətir, papaq və maskalardan istifadə edib.

“Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayəti törədən əvvəllər məhkum olunmuş Coşqun Həsənov saxlanılıb. Onun evinə baxış zamanı taladığı qızıllar, eləcə də mənzil oğurluqları zamanı qapıların açılmasında istifadə olunan xüsusi alətlər aşkarlanaraq maddi sübut kimi götürülüb”, - DİN-dən bildirilib.

Qurum qeyd edib ki, faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb: “C.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər”.

Son xəbərlər

Bu qaydanı pozanlar 15 min manat cərimələnəcək

Dəmir yolunda qaydaların pozulmasına görə cərimələr artırılır

Təyyarədə siqaret çəkənlər 500 manat cərimələnəcək

Bu hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır

Xankəndidə Zəfər parkının təməli qoyuldu - YENİLƏNİB

“Zirə” hücumçusu ilə vidalaşdı

"Hündür ağacların altında dayanmayın"- Əhaliyə xəbərdarlıq

İlham Əliyev Xocalının Ballıca kəndində bir qrup sakinlə görüşüb

Hava kəskin soyuyur - FHN xəbərdarlıq etdi

Ərdoğanla Zelenskinin fotosu gündəm oldu

Vüsalənin həyatında kim var? - FOTO

Prezident Xankəndi tikiş fabrikinin fəaliyyəti ilətanış oldu

Füzulidə maşın traktorla toqquşdu - Azyaşlı öldü

Təyyarə qəzası ilə bağlı yekun hesabat bu tarixə qədər açıqlanmalıdır

Bakıda orta aylıq əməkhaqqı artıb

Hadisə konsertində çətin vəziyyətə düşdü - VİDEO

Qaxda şəlalə dondu - VİDEO

Cəbrayıla növbəti köç karvanı yola salınıb

Azadlıq prospektində maşın aşdı, 2 qadın yaralandı - VIDEO

Prezident Xankəndinə getdi

Bütün xəbərlər