BAKU Azərbaycan
°C

"Bu matç hər iki komanda üçün vacibdir. FKSB üçün isə xüsusi matç olacaq. Çünki onlar ilk 8 yerdə qərarlaşmaq istəyirlər".

Gundem.az xəbər verir ki, bunu futbolinfo.az saytına açıqlamasında Rumıniyanın "UTA Arad" klubunun baş məşqçisi Mirça Rednik deyib.

Vaxtilə "Xəzər Lənkəran"da işləmiş mütəxəssis bu gün Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda baş tutacaq "Qarabağ" - FCSB görüşündən danışıb: "Qarabağ" da bu görüşdə qələbə qazanmaq niyyətindədir. Çünki Azərbaycan təmsilçisinin turnir cədvəlində vəziyyəti yaxşı deyil. Mən "Qarabağ"ın futbol mentalitetinə bələdəm, onlar qələbə qazanmaq üçün hər şeyi edəcəklər. Bunu əminliklə söyləyə bilərəm. FCSB də yaxşı heyətə sahibdir. Çünki onların prezidenti Cici Bekali imkanları geniş olan bir şəxsdir. Demək olar ki, Rumıniyadakı istedadlı gənc futbolçuların əksəriyyəti bu klubda çıxış edir. Həmçinin bu, Cici Bekali üçün biznesdir. O, gənc futbolçuları alıb yaxşı qiymətlərlə sata bilir. Demək olar ki, heyət tez-tez dəyişir, amma bu klubun hədəflərini dəyişmir. Onlar daim yüksək nəticələr üçün oynayırlar. Mən Bekalini gənclik illərindən tanıyıram. O, ambisiyaları daim yüksək olan biridir".

Rednik "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan da söz açıb: "Qarabağ"a gəlincə, Qurban Qurbanovu da tanıyıram və ona qarşı mübarizə aparmışam. Hələ həmin illərdə öz istedadını ortaya qoymuşdu. Məqsədləri olan məşqçidir və bunu sübut etdi. Qurban Qurbanov çox ağıllı və xarakterli məşqçidir".

Rednik azarkeşlərin maraqlı matç izləyəcəyini də sözlərinə əlavə edib: "Açığı, düşünürəm ki, çox maraqlı oyun olacaq. Çünki FCSB hücum futbolu oynamağı sevən komandadır. Qurban Qurbanovun da oyun fəlsəfəsi hücum futbolu üzərində qurulub. Bu baxımdan iki tərəf də daha çox rəqib qapısı ağzında vaxt keçirməyə çalışacaq. Bu baxımdan maraqlı görüş olacaq. Azarkeşlər bu oyundan zövq ala bilərlər".

Təcrübəli məşqçi "hansı komandaya azarkeşlik edəcəksiz: Rumıniya liqasındakı növbəti rəqibiniz FCSB-yə, yoxsa onları yormağa çalışacaq "Qarabağ"a" sualına isə belə cavab verib: "FCSB-nin qələbəsini ona görə istəyərəm ki, o, Rumıniya komandasıdır. "Qarabağ" isə Qurban Qurbanovun əziyyəti və peşəkarlığı sayəsində yüksəklər gələn komandadır. Bu səbəbdən onların da qalibiyyətini istəyərəm. Buradan Lənkərana, Azərbaycana salam göndərirəm. Uğurlar arzu edirəm. Lənkəran mənim üçün hər zaman doğmadır"

Son xəbərlər

Mətanət İsgəndərlinin keçmiş gəlini "Sənətiniz yoxdur!" deyən aparıcıya cavab verdi

Azərbaycan icmasının üzvü ABŞ-da sertifikatlarla təltif olundu

Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Şahbaz Şərif 3 günlük Azərbaycana gəlir

İlyas İsmayılov vəsiyyət etdiyi yerdə dəfn olunacaq

Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdi- 13 il sonra

Tom Kruz məşhur aktrisa ilə eşq yaşayır? -FOTO

ABŞ mətbuatı Azərbaycanı İsrailin mühümmüttəfiqi adlandırdı

Sabah bu ərazidə qaz olmayacaq

Türkiyədə universitetdə silahlı incident - Yaralılar var

Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü - Həbs edildi

Afət Telmanqızına qarşı dələduzluq edildi

AFFA-dan bu kluba xəbərdarlıq

FHN helikopteri ilə vəhşi heyvanların peyvəndləməsi aparıldı - VİDEO

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Daşkəsəndə 2 nəfər "Zil"in altında qaldı

Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaq

Prezident Azər Qasımovu vəzifəsindən azad etdi

Bu il yeni doğulan uşaqlara ən çox verilən adlar - SİYAHI

Bütün xəbərlər