İdman
04.01.2022 / 12:14
397
18 milyona Premyer Liqaya qayıdır
“Atletiko”nun futbolçusu Kiran Trippyerin “Nyukasl”a keçidi yaxın günlərdə rəsmiləşəcək.
Gundem.az xəbər verir ki, klublar arasında danışıqlar yekunlaşmağa yaxındır.
“Mançester Siti”, “Barnsli”, “Bernli” və “Tottenhem”də oynamış 31 yaşlı ingiltərəli müdafiəçi karyerasını vətənində davam etdirmək istəyir. 2019-cu ilin yayında “Tottenhem”dən “Atletiko”ya 22 milyon avroya keçən Kiranın müqaviləsi 2023-cü ildə başa çatacaq.
Lakin madridlilər onu 18 milyona buraxmağa hazırdır. Cari mövsümdə La Liqada 17 matç keçirən futbolçu 3 ildən sonra yenidən Premyer Liqada çıxış edə biləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay