BAKU Azərbaycan
°C

Dünya çempionatının portuqaliyalı ulduzu Kriştiano Ronaldo Qətərdəki ilk oyununda emosional anlar yaşayıb.

Gundem.az bildirir ki, Portuqaliya himni oxunarkən 37 yaşlı hücumçunun gözləri yaşla dolub.

2022-ci il futbol üzrə dünya çempionatının favoritləri arasında göstərilən Portuqaliyanın H qrupunda ilk oyunu olan Qana ilə mübarizədə gözlər Kriştianu Ronaldoda idi.

Qətərdə debüt edən Ronaldo oyundan əvvəl keçirdiyi gərgin dövrə görə çox emosional olub.

“Mançester Yunayted”dən rəsmi ayrıldıqdan sonra klubsuz qalan portuqaliyalı ulduz Qana matçı öncəsi dövlət himni səsləndirilərkən göz yaşlarını saxlaya bilməyib. Mərasim zamanı diqqət mərkəzində olan Ronaldo sosial mediada da gündəm olub.

 

Müqaviləsinin bitməsinə 6 ay qalmış əfsanəvi klubu ilə vidalaşmalı olan Ronaldo, muzeyində əskik olan yeganə şey- Dünya Kubokunu almaq üçün Qətərdəki son “rəqsinə” qatılıb. Turnir öncəsi komanda yoldaşları ilə münasibətlərinin pis olduğu xəbəri yayılsa da, 37 yaşlı ulduz hücumçu bu söz-söhbətləri qətiyyətlə təkzib edərək, dostlarının da ona böyük dəstək verdiyini bildirib.

Son zamanlar populyarlığını artıran Ronaldo 500 milyon izləyiciyə çatan ilk Instagram istifadəçisi kimi tarixə düşüb.

Portuqaliya ilə dünya çempionatı üçün Qətərdə olan Ronaldo ManU ilə vidalaşdıqdan sonra: “”Mançester Yunayted” ilə danışıqlarımızdan sonra qarşılıqlı olaraq müqaviləmizi vaxtından əvvəl ləğv etməyə razılaşdıq. Mən “Mançester Yunayted”i və azarkeşləri sevirəm, bu heç vaxt dəyişməyəcək. Bununla belə, mənim üçün yeni bir çağırış axtarmağın vaxtı yetişib” - açıqlamasını verib.

Sfera.az

 

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər