BAKU Azərbaycan
°C

Argentinalı ulduz Lionel Messi ilə bağlı flaş xəbərlər ortaya çıxıb.

Gundem.az bildirir ki, oyundan əvvəl Messi Səudiyyə Ərəbistanı ilə 30 milyon avroluq müqavilə imzalayıb. Səudiyyə Ərəbistanı Qətərdə keçirilən dünya çempionatında favoritlərdən biri kimi göstərilən Argentinanı 2:1 hesabı ilə məğlub edərək gözlənilməz sürpriz yaşadıb. Bu nəticə ilə Argentinanın 36 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Matçdan sonra tənqid olunan argentinalı ulduz Messi: "Kimisə günahlandırmaq çox çətindir. Bu yolla başlamaq fikrində deyildik. Bunun bəzi səbəbləri var. İndi qarşıda duran çağırışlara hazırlaşmalıyıq. Budur; bundan sonra qalib gəlmək öz əlimizdədir. Bizim heç bir bəhanəmiz yoxdur. Hər zamankindən daha çox birləşməliyik. Bu qrup çox çətindir və bu gün hamı bunu başa düşdü. Uzun müddətdir yaşamadığımız bir vəziyyətdəyik. İndi əsl komanda olduğumuzu göstərməyin vaxtıdır. Biz bilirdik ki, Səudiyyə Ərəbistanında çox yaxşı oyunçular var, onlar topu sürətli hərəkət etdirirdilər və çox yaxşı oyundankənar taktikaları var idi. Biz əsasən necə komanda olduğumuzu xatırlamalı və bu oyunu unudub növbəti oyunlar haqqında düşünməliyik"- açıqlamasını verib.

Lakin matçdan sonra “The Athletic” bir xəbərlə dünyanı silkələyib. Xəbərdə Messi ilə Səudiyyə Ərəbistanı arasında “Vision 2030'” adı altında sponsorluq müqaviləsi imzalandığı açıqlanıb. Yunanıstan, Misir və Səudiyyə Ərəbistanı ilə ortaq şəkildə 2030-cu ildə keçiriləcək dünya çempionatının təşkili üçün FİFA-ya rəsmi müraciət edəcəyi bildirilir. Səudiyyə Ərəbistanının turizminə töhfə verdiyi iddia edilən Messinin müqaviləni imzaladığı iddia edilib. “Daily Mail” isə Messi ilə Səudiyyə Ərəbistanı arasındakı müqavilənin 25 milyon funt sterlinq (təxminən 30 milyon avro) dəyərində olduğunu iddia edib.

Bu xəbər dünya futbol dairələrində, xüsusən də Argentinada böyük skandala çevrilib.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər