BAKU Azərbaycan
°C

“Dostlarım dedilər ki, Azərbaycana köçsəm, karyeramı dərhal bitirə bilərəm. Amma bu fikirlərin məni təsir altına salmasına imkan vermədim. Təklifi maraqlı və ekzotik hesab etdim”.

“Report”un məlumatına görə, bu fikirləri “Sabah” klubunda çıxış edən Coy-Lens Mikels “Transfermarkt” portalına açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinə keçidini xatırlayıb:

“Öz-özümə düşündüm ki, peşəkar futbolçu kimi çox az vaxtım var. Niyə cəhd etməyim? Xüsusən də, Konfrans Liqasında iştirak etmək şansım olacaq. O vaxt hələ hoteldə yaşayırdım, Bakıda mənzilim yox idi və demək olar ki, heç kim ingiliscə danışmırdı. Almaniya və Niderlandla müqayisə olunmayan məşq şəraitinə də öyrəşməli oldum. Yalnız paytaxtın mərkəzində mənzilə köçəndən, yerli sakinlərlə real təmas qurandan və komandaya uyğunlaşandan sonra hər şey dəyişdi”.

Mikels əvvəllər vaxtını daha çox “PlayStation” oynamaqla keçirdiyini, indi isə trenajor zalında çox olduğunu və məşqlərə önəm verdiyini söyləyib:

“Elə yaşa çatmışam ki, bu dövrdə insan öz hərəkətləri haqda daha çox fikirləşir. Düzgün və sağlam qidalanmaya da önəm verirəm. Ölkə çempionatı fiziki cəhətdən çox güclüdür. Burada hər oyunda fiziki cəhətdən çətinlik çəkirsən və bu, iliklərinə qədər işləyir”.

Almaniyalı oyunçu Azərbaycan haqqında da danışıb:

“Bir milyondan çox əhalisi olan şəhərdə tanınırıq. Televiziya reytinqləri çox yaxşıdır, futbol yüksəlişdədir. Amma istərdim ki, stadiona daha çox azarkeş gəlsin. Ən yaxşı oyunlarda 10 mindən çox tamaşaçı olur, normal matçlara isə cəmi 3000 nəfər gəlir. Ən ucuz biletin qiyməti cəmi üç avroya bərabər olsa da, insanlar çox vaxt gəlmirlər. Komandalarının uduzacağı ehtimalını düşünərək üç avro xərcləmək istəmirlər”.

Mikels buradakı insanların istiqanlı olduqlarını vurğulayıb:

“Bakı çox rahat, sakit guşələri olan, yaşana bilən şəhərdir. Yalnız yolları çətin olur. Bakıda tıxacsız yaşamaq, demək olar ki, mümkün deyil. Çox ucuz olduğu üçün hər kəs taksidən istifadə edir. Bakıdan məşq meydançasına qədər 15 kilometr üçün az qala dörd avro ödəyirəm. Azərbaycan və kiçik ailəm məni, həqiqətən də, qucaqladı. Bir arzum olsaydı, bütün ailəmə sağlamlıq diləyərdim. İdman baxımından yaxşı vaxt keçirməyə davam etmək istəyirəm. Bu mövsüm beynəlxalq arenaya vəsiqə qazana bilərik”.

Qeyd edək ki, Coy-Lens Mikels 2021-ci ilin iyulundan “Sabah”ın uğurları üçün çalışır.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər