ABŞ İranı məğlub etdi, Britaniya derbisini İngiltərə qazandı
Bu gün DÇ-2022-nin qrup mərhələsində sonuncu - 3-cü tura start verilib.
Gundem.az xəbər verir ki, A qrupunda Bakı vaxtı ilə saat 19:00-da Ekvador Seneqalla, eyni vaxtda Niderland Qətərlə qarşılaşıb.
Niderland 2:0, Seneqal isə 2:1 hesablı qələbə ilə qrupda müvafiq olaraq 1-ci və 2-ci yerləri tutaraq 1/8 finala vəsiqə qazanıb.
B qrupunda isə saat 23:00-da İran ABŞ-la qarşılaşıb. ABŞ rəqibini 1:0 hesabı ilə məğlub edib. Eyni saatda Britaniya derbisi gerçəkləşib. Uels İngiltərə ilə üz-üzə gəlib və böyükhesablı qələbə qazanıb - 3:0. Bu nəticələrdən sonra ABŞ və İngiltərə də 1/8 finala vəsiqə əldə edib.
1/8 finalda Niderland ABŞ-la, İngiltərə isə Seneqalla üz-üzə gələcək.
Xatırladaq ki, DÇ-2022-də daha əvvəl Portuqaliya, Braziliya və Fransa pley-offa vəsiqəni təmin edib.
29 noyabr
B qrupu
23:00. İran - ABŞ - 0:1
Qol: Kristian Pulişiç, 39 (0:1)
Baş hakim: Migel Mateu Laos (İspaniya)
"Al Tumama" stadionu
23:00. Uels - İngiltərə - 0:3
Qol: Markus Reşford, 50 (0:1), Fil Foden, 52 (0:2), Markus Reşford, 68 (0:3)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Əhməd ibn Əli" stadionu
A qrupu
19:00. Ekvador - Seneqal - 1:2
Qol: İsmaila Sarr, 44-pen. (0:1), Moyses Kaysedo, 68 (1:1), Xalidu Kulibali, 70 (1:2)
Baş hakim: Kleman Türpen (Fransa)
"Xəlifə" stadionu
19:00. Niderland - Qətər - 2:0
Qol: Kodi Qakpo, 26, Frenki de Yonq, 49
Baş hakim: Bakari Qassama (Qambiya)
"Əl Beyt" stadionu
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay