01.12.2022 / 10:07
174
Messi Maradonanın rekordunu yenilədi
Argentina millisinin kapitanı Lionel Messi həmyerlisi Dieqo Maradonanın rekordunu yeniləyib.
Gundem.az xəbər verir ki, Lionel Messi, DÇ-2022-nin 3-cü turunda Polşa ilə keçirilən oyunda meydana çıxmaqla bu rekordu yeniləyib.
Qarşılaşma Messinin dünya çempionatlarında 22-ci matçı olub.
Maradonada isə bu göstərici 21 idi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay