İdman
17.03.2023 / 21:14
240
Mahir Emreli “Qalatasaray”la matçın start heyətində
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” bu gün Türkiyə Super Liqasında növbəti oyununa çıxacaq.
Gundem.az xəbər verir ki, Konya təmsilçisi 26-cı turda “Qalatasaray”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bu matç üçün artıq komandaların heyətləri də açıqlanıb. Mahir “Konyaspor”un əsas heyətində yer alıb.
Qeyd edək ki, “Qalatasaray” 60 xalla turnir cədvəlinin şəriksiz lideridir. “Konyaspor” isə 31 xalla 8-ci pillədə qərarlaşıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay