BAKU Azərbaycan
°C

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Gundem.az xəbər verir ki, Azərbaycanın daha beş sərbəst güləşçisi bu gün mübarizəyə başlayacaq.

Ayxan Abdullazadə (61 kq) 1/4 finalda Emre Kural (Türkiyə) / Andrey Vitan (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək. Turan Bayramov (74 kq) təsnifatda Nikolay Dimitrovla (Bolqarıstan) görüşəcək. Fərid Cabbarov (86 kq) 1/4 finalda Knyaz İboyan (Ermənistan) / İvan İçizli (Moldova) qalibi ilə güləşəcək. Abdulcəlil Şabanov (92 kq) eyni mərhələdə Recep Haydari (Şimali Makedoniya) / İon Demian (Moldova) cütünün güclüsü ilə qarşılaşacaq. Vaxit Qalayev (125 kq) Uveys Feyzulahununlə (Şimali Makedoniya) üz-üzə gələcək.

Bu gün həmçinin Rəşid Babazadə (65 kq) finalda fransalı Xamzat Arsamerzoyevlə güləşəcək. Maqomed-Başir Xaniyev (70 kq) həlledici qarşılaşmada ermənistanlı Hayk Papikyanla üz-üzə gələcək. İslam İlyasov (97 kq) isə finalda  türkiyəli Oktay Çiftçi ilə üz-üzə gələcək.

57 kq-da Nurəddin Novruzov və 79 kq-da Səbuhi Əmiraslanov isə yarımfinalda uduzduqlarından bürünc medal qarşılaşmalarına çıxacaqlar. 3-cü yer uğrunda görüşdə Novruzov Rafal Şevç (Polşa) / Edik Harutyunyan (Ermənistan) cütünün qalibi, Əmiraslanov isə digər Ermənistan təmsilçisi Narek Qriqoryanla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl qadın güləşçilərdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən isə Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıb.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər