BAKU Azərbaycan
°C

Hazırda Türkiyənin “Konyaspor” klubunda çıxış edən Mahir Emreli və bacısı Ayişə Emreli məhkəməyə verilib. 

“Qaynarinfo” xəbər verir ki, iddiaçı futbolçunun nənəsi Quliyeva Mahirə Həmid qızıdır. İşin mahiyyəti mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlıdır. 

Mahirə Quliyeva bu ilin fevral ayında vəfat edib. Məlumata görə, birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Bu səbəbdən də iş üzrə apellyasiya şikayəti verilib.

İş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayevin icraatındadır. 

İki il əvvəl isə Mahir Emrelinin anası Elnurə Emreli keçmiş həyat yoldaşı, tanınmış prodüser Anar Mədətovu və onun anası Mahirə Quliyevanı məhkəməyə verib. O, birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi və həmin zaman götürdükləri kredit öhdəliyinin birgə ödənməsini tələb edib.

Həmin vaxt Anar Mədətov da məhkəməyə müraciət edərək, keçmiş arvadına qarşı iddia qaldırıb. Prodüser də əmlakın bölüşdürülməsini istəyib. 

Nəsimi Rayon Məhkəməsi tərəflərin iddianı qismən təmin etsə də, Anar Mədətov qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bu çəkişmənin sonu barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. 

Bəzi məlumatlara görə, Mahirə Quliyeva ilə nəvələri arasında olan məhkəmə çəkişməsi əvvəlki prosesin davamıdır. 

Mahir Emrelinin atası Anar Mədətov keçmiş xanımı Elnurə Emreli ilə boşanmadan başqa bir qadınla münasibət qurduğuna görə ailədə narazılıq yaranıb. Futbolçu və bacısı bu hadisədən sonra atasının soyadından imtina ediblər.

Son xəbərlər

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi

Rusiya müdafiə nazirinin müavini SAXLANILDI

Əmək qabiliyyətli şəxslərə sığorta ödənişi qaydası dəyişir

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb

Bakıda 3 maşın yandı

Həmişə sevgi üçbucaqları yaradan BÜRCLƏR

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Rusiya XİN Bakı və İrəvan arasında bu məsələni zəruri hesab etdi

"Qalatasaray" Azərbaycana gəlir… "Qarabağ"la birgə MÜHÜM LAYİHƏ!

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Ərdoğan CHP sədri ilə görüşdü

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Azərbaycanın U-17 millisi Belarusa uduzub

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Bu ərazilərdə qaz olmayacaq

Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb

“Instagram”da problem yarandı

Bütün xəbərlər