BAKU Azərbaycan
°C

VRO-2024-ün seçmə mərhələsində keçiriləcək Avstriya - Azərbaycan oyununa təyinatlar açıqlanıb.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Bartoş Frankovski olacaq. Yan xətlərdə ona Marçin Boniek və Yakun Vinkier kömək edəcəklər. Dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirəcək.

Polyak referi daha əvvəl də Azərbaycan yığmasının oyununa təyinat alıb. O, DÇ-2018-in seçmə mərhələsində Osloda baş tutmuş Norveç - Azərbaycan matçında dördüncü hakim olub. Görüş Norveçin qələbəsi ilə başa çatıb - 2:0.

Frankovski 2016-cı ildə 17 yaşadək futbolçuların Avropa çempionatında keçirilən Azərbaycan - Portuqaliya (0:5) görüşünün baş hakimi olub.

Polşalı hakim “Qarabağ”ın ötən il Konfrans Liqasının pley-off mərhələsində Bakıda “Marsel”ə (Fransa) qarşı keçirdiyi oyunda fit çalıb. Matç təmsilçimizin məğlubiyyəti ilə başa çatıb - 0:3.

Referi 2019-cu ildə Çempionlar Liqasının II təsnifat mərhələsinin “Dandalk” (İrlandiya) - “Qarabağ” oyununda idarəçilik edib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

Martın 24-də keçiriləcək Avstriya - Azərbaycan görüşünə saat 23:45-də start veriləcək.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər