BAKU Azərbaycan
°C

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsinin ilk turunda səfərdə Avstriyaya 1:4 hesabı ilə məğlub olub.

Gundem.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb:

- 27-ci dəqiqəyə kimi bərabər səviyyəli oyun gedirdi. Problemimiz yox idi, topa nəzarət edirdik. Böyük səhvdən sonra qol buraxdıq. İkinci qoldan sonra isə özünəinamı itirdik. Bundan sonra bizim üçün çox çətin oldu.

- Buraxılan qolları və heyət seçiminizi necə şərh edirsiz?

- Matçdan əvvəl Bəxtiyar Həsənalızadə ilə Anton Krivotsyuk arasında seçim etməli idik. Anton 9 saatlıq yol gəlmişdi deyə risk etmədik. 

- Azər Əliyev və Yusif İmanov millidə debüt etdilər. Onların oyununu necə dəyərləndirirsiz?

- Gələcəkdə bizim üçün lazımlı oyunçular ola bilərlər. Azər təcrübəli futbolçudur, bizə fayda verəcək. Elvin Cəfərquliyevin sarı vərəqəsi olduğuna görə onu əvəzlədik.

- Avstriya millisi haqda nə deyə bilərsiz?

- Avstriya çox güclü komandadır. Bu gün Alaba və Arnautoviç yox idi. Sabitzer əla oyun nümayiş etdirdi. Texniki və fikizi fərq özünü göstərdi. Bu, bizim üçün gələcəkdə dərs ola bilər.

- Azərbaycana gələndə qarşınıza hansı hədəflər qoyulmuşdu. 3 ildə nəyə nail olmusuz?

- 3 il əvvəl mən bura gələndə yeni bir yola başladıq. Düşündük ki, gənclərə yol verək. Son matçlara baxsaz, inkişafı görərsiz. Bu gün bizimlə Avstriyanı müqayisə etmək doğru olmaz. Son 5 matçda 5 qələbə qazanmışıq. Azərbaycan millisinin tarixində belə nəticə olmamışdı. 

- Gəncləşdirmədən danışdınız. Riçard Almeyda, Höccət Haqverdi bu siyasətə uyğun gəlmir...

- Adını çəkdiyiniz futbolçulardan yaxşısını tapsaq, miliyə dəvət edəcəyik. Geniş seçim imkanımız yoxdur. Bu günə kimi hər şey yaxşı idi. Qısa vaxtda hər şey dəyişdi. Gələcəyə inamla baxmalıyıq. Növbəti matçlarda yaxşı nəticələr üçün əlimizdən gələni edəcəyik.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər