BAKU Azərbaycan
°C

“Qarabağ” və “Qalatasaray” futbol klubları arasında martın ayının 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna marağı nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, matçın başlanması ərəfəsində arenanın yaxınlığında yerləşən “Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

“Axşam saatlarına doğru növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Əsas məqsəd sərnişinlərin stansiya daxilində arenaya doğru səmti daha rahat müəyyən etməsi, oyundan sonra isə marşrutlar üzrə rahat hərəkətini təmin etməkdir.

Gün ərzində qatarlar “28 May-Həzi Aslanov” istiqamətində 2,5 dəqiqə intervalla hərəkət edəcək. Xətlərin “28 May” stansiyasında birləşməsi səbəbi ilə buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində interval 2 dəfə çox olacaq. Bununla belə, sərnişin sıxlığı yaranacağı təqdirdə müvafiq tənzimləmə məqsədilə, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Oyun qurtardıqdan sonra sərnişinlərin operativ daşınması məqsədilə əlavə tədbirlər planı həyata keçiriləcək. Bu xüsusda ehtiyat qatarlar əlavə olunmaqla hər iki istiqamətdə hərəkət intervalı yenidən optimallaşdırılacaq”,- məlumatda qeyd olunub.

Son xəbərlər

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bir-birinizə uyğun olub-olmadığınızı yoxlamağın 3 ƏSAS YOLU

İlham Əliyevin məktubu İsveç Baş Nazirinin Ofisinə təqdim edildi

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

"Barselona"nın düşərgəsində gərginlik: Xavi məşqi ləğv etdi

Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu - VİDEO

Bakıda ev qiymətinə sini satılır - FOTO

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

Meksikada da zəlzələ oldu

İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı

Bütün xəbərlər