BAKU Azərbaycan
°C

Ən vacib amil görüşün mahiyyətidir. Bu oyun Türkiyədəki zəlzələdən sonrakı durum üçün planlaşdırılıb. Çox istərdim ki, görüş xoş təəssüratlarla başa çatsın.

Gundem.az  xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Türkiyə "Qalatasaray"ına qarşı keçirəcəkləri xeyriyyə oyunundan öncə jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis matça ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunda çox gözəl ab-hava gördüyünü bildirib:

"Təşkilatçılara təşəkkür edirəm. Məlumatım var, klubumuzun əməkdaşları stadion işçiləri ilə birlikdə çox böyük işlər görürlər. Mənim üçün çox xoş oldu. Hiss olunur ki, dostluq, qardaşlıq oyununa hazırlaşırıq. Məncə, maraqlı və önəmli qarşılaşmadır".

Bakıda İstanbul klubunun azarkeşlərinin çox olduğunu xatırladan Qurbanov hamının bu matçı gözlədiyini söyləyib:

"Azərbaycan tərəfdən Türkiyəyə nə lazım olsa, biz hər zaman hazırıq. Allah heç kimə belə fəlakət göstərməsin. Türkiyə xalqına səbir diləyirəm. Azarkeşlər üçün yaxşı oyun göstərməyə çalışacağıq. İstəyirik ki, hamı bu qarşılaşmadan zövq alsın".

Təcrübəli baş məşqçi heyətdə edəcəyi mümkün rotasiyalara da toxunub:

"Oyunçularımızın sayı azdır. Əlimizdəki futbolçularla görüşü başa vurmağa çalışacağıq. Bilirsiniz ki, keçmiş "Qarabağ"lıları heyətimizə dəvət etmişik. Yalnız qapıçı Anar Nəzirov bu mənada istisna təşkil edir. Digərləri - Donald Gerye, Rauf Hüseynli və Nihad Quliyev bizim öz uşaqlarımızdır. "Sabah"dan legioner dəvət etmək fikrimiz var idi. Son anadək gözlədik ki, əlimizdəki oyunçuların durumunu bilək. Dünən qəti qərarımı verdim. Murad Musayev, Elmar Baxşıyev və Ayxan Abbasovun müsahibələrini oxudum, Cavid Hüseynov və digərləri ilə danışdım. Hər birinə təşəkkür edirəm. Dünən Murad Musayevlə söhbətimiz oldu. Necə oyunçu lazımdırsa, verməyə hazır olduqlarını bildirdi. Amma çox futbolçu götürmək istəmədik".

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ"-"Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Son xəbərlər

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTO

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

Cavanşir Məmmədov VƏFAT ETDİ

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Azərbaycanın Əməkdar artisti VƏFAT ETDİ - FOTO

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

Kişi tanış olduğu 50 qadını məhkəməyə verir – SƏBƏB

Bütün xəbərlər