BAKU Azərbaycan
°C

Azərbaycanın 2 idman kanalından biri olan CBC Sport-da 12 nəfər əməkdaş işdən azad edilib. 

Kanalın Proqramlar Departamentinin 12 işçisi işsiz qalıb. Kanaldan işçilərə səbəb kimi – struktur dəyişikliyini göstəriblər. Onlara əvvəlcədən xəbərdarlıq etmədən bir gündə müqavilələrini ləğv ediblər.

Qeyd etmək yerinə düşər ki, bu departament kanalın ən kreativ departamenti olub.

Departament 2016-cı ildən "CBC Sport" telekanalında 2019 Avropa Liqasının Bakıda keçirilən final oyununa həsr olunan “Birlikdə Bakıda”, Azərbaycan millisinin 1996-cı ildə İsveçrə ilə oyundakı qələbəsi haqqında "26-cı dəqiqə", Buzovnanın “Xəzri” komandasından bəhs edən "Xəzridən Xəzriyə", həmçinin "Kubok həyəcanı", "Fotodan üstün… Kənanın ümidləri", "Şahdağ festivalı", "Qırmızı top", "Kubok həyəcanı 2018" və s. kimi sənədli filmlər çəkib, bir çox maraqlı verilişlərə imza atıb. "İmza" verilişi 2017-ci ilin yekunlarına görə Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülüb. “Foto +” verilişi 2022-ci ilin ən yaxşı idman verilişi kimi “Zəfər” mükafatını qazanıb.

Azərbaycanda uşaq və yeniyetmələr idmanından bəhs edən “Ümidlərimiz” verilişi Azərbaycan Milli Olimpiya Komitəsinin keçirdiyi “İdman filmləri və proqramları milli televiziya festivalı” müsabiqənin mükafatçısı olub.

 Sportfm.az

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər