BAKU Azərbaycan
°C

Bakıda keçirilən taekvondo dünya çempionatının ilk qalibləri bəlli olub.

Gundem.az xəbər verir ki, çempionatın birinci günündə kişilər 68, qadınlar isə 57 kiloqram çəki dərəcəsində medallar uğrunda mübarizə aparıblar.

Kişilərin yarışında Böyük Britaniya təmsilçisi Bredli Sinden finalda Koreya Respublikasından olan taekvondoçu Ho-Jun Jinə qalib gələrək ikiqat dünya çempionu olub. Bürünc medalları isə özbəkistanlı Uluqbek Raşitov və İran idmançısı Matin Rezaei qazanıblar.

Azərbaycan təmsilçisi Cavad Ağayev mübarizəni 1/16 final mərhələsində dayandırıb.

Qadınların mübarizəsində isə 17 yaşlı Luana Marton dünya çempionu olub. Macarıstan idmançısı həlledici görüşdə Çia-linq Lonu (Çin Taypeyi) məğlub edib. Türk Hatice Kübra İlgün və braziliyalı Maria Klara Paçeko çempionatı üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Son xəbərlər

Prezident “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib

Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı OLDU

Rusiyanın Ukraynadakı itkiləri 277 mini ötdü

Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək

İlham Əliyev Zəngilanın Alıbəyli kəndinin təməlini qoydu

"Semaşka"ya yeni mətbuat katibi təyin olundu

Azərbaycan Özbəkistana başsağlığı verdi

XİN Ermənistana cavab verdi

“Səbail” fransalı futbolçu transfer etdi

“10 milyon əhalinin hər biri sığortalanıb”

“Həkimlərin orta aylıq maaşı 2000 manatdan çox artıb”

Bakıda qumbara tapıldı - VİDEO

Sülhməramlıların "KamAZ"ı aşdı, ermənilərin "Hummer"i və "Mercedes"i yandı

Bakıdakı bu bağçalarda boş yerlər var

“Misli” SÜR-PRİZLƏR Mövsümü – İlk tirajın nəticələri + FOTOLAR

David Babayan Azərbaycana təslim olur

Erməni diplomatlar istefa verir - KİV

“Bu PUA-ya dünyanın hər yerindən tələbat var”

AFFA rəsmisi “Beşiktaş”ın matçına təyinat aldı

Xocalıda müsadirə edilən silah və sursat - VİDEO

Bütün xəbərlər