İdman
28.09.2023 / 12:40
181
AFFA rəsmisi “Beşiktaş”ın matçına təyinat aldı
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan təyinat alıb.
Gundem.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli “Beşiktaş” və İsveçrənin “Luqano” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin II tur oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 5-də İstanbulda gerçəkləşəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay