BAKU Azərbaycan
°C

Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi 2021-ci ildə yüksək nəticə göstərmiş yeniyetmə və gəncləri, böyüklərdən ibarət milli komandaların idmançı və məşqçilərini, həmçinin şəxsi məşqçiləri mükafatlandırıb.

Gundem.az xəbər verir ki, görüşdə 2021-ci ilin ən uğurlu illərdən biri olduğunu xatırladan federasiya prezidenti Yaşar Bəşirov bu mövsüm Ümumdünya Karate Federasyasının (WKF) nüfuzlu Gənclər Liqası və Premyer Liqa turnirləri ilə yanaşı Dünya Kuboku, I MDB Oyunları, iki Avropa və bir dünya çempionatında, o cümlədən Ümumdünya Şotokan Federasiyasının (WSF) dünya çempionatında böyük nəticələr əldə edildiyini bir daha diqqətə çatdırıb, Tokio Olimpiadasında 2 gümüş medal uğurunu isə federasiyanın tarixində ən böyük nailiyyət adlandırıb.
  
O, 2021-ci ildə Olimpiada ilə yanaşı 14 rəsmi və bir sıra digər beynəlxalq yarışlarda iştirak edən Azərbaycan karateçilərinin 319 medal qazandığını, mükafatlar arasında 89 qızıl, 118 gümüş, 112 bürünc medal olduğunu deyib. Bu nəticələr arasında para-karateçilərin uğurlu çıxışları və beynəlxalq hakimlərimizin sayıınıın artdığını da diqqətə çatdıran Y.Bəşirov bütün bu nailiyyətlərin dövlət qayğısı sayəsində əldə edildiyini söyləyib.


Görüşdə iştirak edən federasiyanın İdarə Heyətinin üzvü Füzuli Musayev karateçilərin nəticələrinin ilbəil artmasının uğurlu tendensiya olduğunu deyib. Hər zaman üzərlərində qayğı hiss etdiklərini bildirən məşqçilər, idmançılar və hakimlər onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını nəzərə çatdırıblar.

Görüşün sonunda il ərzində müxtəlif yarışlarda nəticə göstərmiş idmançı və məşqçilərə müvafiq pul mükafatları təqdim edilib.
 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər