BAKU Azərbaycan
°C

Azərbaycanın avtomobil bazarında hibrid avtomobillərin sayı sürətlə artır.

Gundem.az xəbər verir ki, son beş ildə (2020-2024) idxal edilən hibrid avtomobil sayının bir neçə dəfə artması müşahidə edilib. Yüksək artım hesabına artıq idxal edilən hər 4 minik avtomobilindən biri hibriddir.

2020-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana 3 050 ədəd hibrid avtomobil idxal edilmişdi. Həmin dövrdə bu, idxal edilən minik avtomobillərin 9,8 faizini təşkil edirdi. 2024-cü ilin yanvar-avqust aylarında isə hibrid avtomobillərin idxal sayı 13 500 ədədə çatıb və cəmi minik avtomobil idxalının 25,5 faizini formalaşdırıb.

Hibrid avtomobillərin idxal sayının artması hesabına Azərbaycanın avtomobil parkı da yenilənir. Çünki idxal edilən hibrid avtomobillərinin əksəriyyəti istehsal tarixi 10 ilə qədər olan avtomobillərdir.

Azərbaycanda hibrid avtomobil alışının artması bir neçə səbəblə bağlıdır.

Birinci səbəb dünyada hibrid avtomobil istehsalınn artmasıdır. İri şirkətlər hibrid modellərin istehsal sayını artırır və idxalçılar da məcbur olub hibrid avtomobillər idxal edirlər. Bu hal hibrid avtomobillərin idxalı ilə bağlı ümumi səbəbləri formalaşdırır. Digər ümumi səbəb hibrid avtomobillərin yanacaq xərclərinin aşağı olmasıdır. Hibrid modellər benzin və dizel modellərlə müqayisədə 25-30 faiz az yanacaq işlədir.

Azərbaycana hibrid avtomobil idxalının artmasının xüsusi səbəbləri də var.

Hibrid avtomobillərə tələbin artmasının xüsusi səbəbi onların idxalının ucuz başa gəlməsidir. Bu avtomobillərinin mühərrikinin həcmi kiçik olduğundan aksiz vergisi və ƏDV ödənişləri azalır.

Digər tərəfdən, yeni istehsal edilən hibrid avtomobillərin idxalına müəyyən güzəştlər də var. Buna görə də bu avtomobillərin idxal qiyməti benzin və dizel avtomobillərdən daha ucuz olur.

Sadalanan səbəblərlə əlaqədar olaraq son illərdə hibrid avtomobillərin idxalı sürətlə artır və böyük ehtimalla növbəti illərdə minik avtomobillərinin idxalının yarısını hibrid avtomobilləri təşkil edəcək.  (Sfera.az)

Son xəbərlər

Sağlamlıq üçün gündə nə qədər zülal qəbul edilməlidir? – AÇIQLAMA

6 min manat müavinəti belə ala bilərsiniz - Lazım olan SƏNƏDLƏR

Yeniyetmələr arasında cinayətlər niyə artır, qarşısını necə almaq olar? - AÇIQLAMA

"Barselona"nın futbolçusu Niderland millisinə dəvət almadı

"Moskva Vaşinqtonla potensial hərbi qarşıdurmaya hazırdır" - Rusiya rəsmisi

Gecələr insan bədənində bu dəyişiklik olur – Araşdırma

Bu idman növü insan ömrünü 9 il UZADIR

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə BAŞLADI

Bu cərimələr artırılır - 300 manatdan 7000 manatadək

Siqaret çəkənlərə VACİB XƏBƏR - Cərimənin məbləği kəskin artırılır!

Bu ölkədə uşaq sahibi olmayanlar vergi ödəyə bilərlər

Əhaliyə XƏBƏRDARLIQ: Bu tarixlərdə güclü geomaqnit qasırğası olacaq

Belçikadan Yaponiyaya qədər... - Elm adamları TƏŞVİŞDƏ

Şəkər tozu yenidən BAHALAŞIR - SƏBƏB

Məşhur müğənninin qızı VƏFAT ETDİ - FOTO

Qadınları eybəcər göstərən geyim səhvləri - Bu tərzlərdən UZAQ DURUN!

“Bitcoin”in yaradıcısı TAPILDI - Sənədli film həqiqətləri üzə çıxaracaqmı?

Qaxda it şagirdə xəsarət yetirdi

Bakıda toylar qadağan olunur - Müğənnilər TƏSDİQLƏDİ

"Ayfona, qabyuyan maşına pul verirlər, istehlak kreditlərinin verilmə şərti sərtləşdirilməlidir" - İqtisadçı

Bütün xəbərlər