BAKU Azərbaycan
°C

Mexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə dair hesabat hər il yanvar ayının ilk ongünlüyündə aparılır.

Belə ki, bu qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvar ayının ilk 4 günü bayram gününə düşdüyündən həmin ayın 10-dək davam edə bilər.

Gundem.az xəbər verir ki, bu barədə "Xəzər Xəbər"-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır.

Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək. Əgər abonent istifadə etdiyi mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyərsə, o halda, dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən etibarən sayğacın göstəricisinin aydın görünən foto şəklini çəkərək (+99477) 3 104 104 saylı "Whatsapp" nömrəsinə göndərə bilər.

Bir şərtlə ki, mobil telefonla çəkilən foto şəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabr ayının 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır.

Son xəbərlər

İran Rəisinin ölümünü araşdırmaq üçün komissiya yaratdı

Helikopterlə bağlı yeni detal üzə çıxdı

Şeyx İranın Ali Rəhbərinə başsağlığı verdi

"Bu gecə saat 02:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı - RƏSMİ

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər TƏSDİQLƏNDİ

Sədr müavini telekanalları sərt tənqid etdi

Prezident Şahin Bayramova yüksək VƏZİFƏ VERDİ - FOTO

XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"

İlham Əliyev: "Regionda sülh üçün tarixi imkanlar yaranıb"

Boşanma zamanı qadına bu halda evdən pay düşür - Hüquqşünas AÇIQLADI

Prezident Dayqa Mierinanı QƏBUL ETDİ - FOTO - YENİLƏNDİ

"İran prezidentinin etdiyi intihardır" - Xulian Röpkedən GÖZLƏNİLMƏZ AÇIQLAMA

Əli Əsədov İranın Birinci vitse-prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycanın müdafiə naziri İrana BAŞSAĞLIĞI VERDİ

Şimali Koreya ABŞ-ni HƏDƏLƏDİ: "Sərt tədbir görəcəyik!"

Qubada kiberdələduzluğa qarşı maarifləndirici lövhələr quruldu

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu

Van Dammın oğlu ilə bağlı azərbaycanlı xanımından PAYLAŞIM: "Bu gün..." - FOTO

Putin İbrahim Rəisinin həlak olması ilə bağlı BAŞ SAĞLIĞI VERDİ

Bütün xəbərlər